AZ

Belarus MDB sazişlərindən birindən çıxdı

Belarus MDB iştirakçısı olan dövlətlərin gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında protokoldan çıxıb.

Publika.az xəbər verir ki, bu barədə Belarus hökumətinin milli hüquqi internet portalında dərc edilmiş qərarda deyilir.

Baş nazir Aleksandr Turçin tərəfindən imzalanmış sənəddə Belarus Dövlət Gömrük Komitəsinin Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi ilə razılaşdırılmış şəkildə, MDB iştirakçısı olan dövlətlərin gömrük orqanlarının 5 sentyabr 2012-ci il tarixli gömrük nəzarətindən sonrakı yoxlamaların həyata keçirilməsi zamanı qarşılıqlı fəaliyyəti haqqında Protokoldan çıxdığı bildirilir.

Qərarın əsas müddəaları qəbul edildiyi gündən qüvvəyə minib. Belarus Xarici İşlər Nazirliyi sazişin bütün tərəflərinə müvafiq rəsmi bildiriş göndərəcək.

Seçilən
44
publika.az

1Mənbələr