AZ

Avropanın ən böyük saxta ətir fabriki aşkarlandı

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İspaniya hüquq-mühafizə orqanları Fransa gömrükçülərinin dəstəyi ilə mütəşəkkil qruplaşmanı zərərsizləşdirərək Avropada "ən böyük saxta ətir fabrikini" aşkar edib və onun fəaliyyətini dayandırıblar.

Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İspaniya hüquq-mühafizə orqanları rəsmi məlumat yayıb.

Qeyd olunub ki, İspaniya və Fransa gömrükçülərinin həyata keçirdiyi birgə əməliyyat nəticəsində dəyəri 94 milyon avrodan (təxminən 189.2 milyon manat - red.) çox olan məhsul müsadirə olunub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkar təşkilata üzvlük, qaçaqmalçılıq və patent hüquqlarının pozulmasında şübhəli bilinən yeddi nəfərin saxlanıldığını bəyan ediblər. Eyni zamanda, ümumilikdə 1.2 milyon flakon saxta ətrin saxlanıldığı iki anbar müsadirə olunub.

Sözügedən təşkilat 50-dən çox brendin məhsullarını təqlid edən ətirlər istehsal etmək, 150 000 litr müxtəlif ətir istehsalı üçün xammal saxlamaq və saxta ətirlərin böyük partiyalarını avtomobil nəqliyyatı ilə Avropanın digər bölgələrinə daşımaq gücünə malik olub.

Hazırda istintaq davam edir, hüquq-mühafizə orqanları gələcəkdə yeni həbslərin ola biləcəyini istisna etmirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
66
1
oxu.az

2Mənbələr