AZ

İspaniyada yanğında 5 nəfər həlak olub

ain.az bildirir, 525.az portalına istinadən.

İspaniyanın Kataloniya bölgəsindəki Manlleu şəhərində yaşayış binasında yanğın baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın zamanı 5 nəfər ölüb, 4 nəfər yaralanıb.

Yanğınsöndürənlər həyatını itirənlərin hamısının gənc olduğunu bildiriblər.

Beş mərtəbəli binanın damında yaşayış yeri kimi istifadə edilən anbarda başlayan yanğın yerinə çoxlu sayda yanğınsöndürən və tibbi qruplar göndərilib.

Polis yanğının səbəbləri ilə bağlı araşdırmaya başlayıb.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
66
525.az

1Mənbələr