AZ

"Qarabağ" Çempionlar Liqasında oynamaqdan İMTİNA EDİR? - Gözəldən müəmmalı bəyanat

Qitənin nüfuzlu futbol yarışlarında yeganə ümidimiz “Qarabağ” meydanı başqalarına (məsələn “Sabah”a – red.) təhvil verməyə hazırlaşır.

Bunu mən yox, Çempionlar Liqasında ilk dəfə pey-off mərhələsinə vəsiqə qazanan Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl “Nyukasl”la Bakıdakı matça saatlar qalmış klubun rəsmi kanalına verdiyi müsahibədə belə deyib:

Qismət olsa növbəti mövsümdə də Çempionlar Liqasında vuruşacağıq, olmasa Konfrans Liqasında. Bəlkə də xeyirlisi o olacaq. Konfrans Liqasına düşsək, sonadək gedəcəyik”.

Tahir Gözəlin bu açıqlamasının başqa izahı yoxdur. Çıxan nəticə budur ki, təmsilçimizin rəhbərliyi bu il qazandığı rekord məbləği xımır-xımır xərcləyib, indiyə kimi çəkdiyi xərcdən də az xərc çəkərək Avropanın nisbətən zəif klub turnirlərində var-gəl etməyi daha məqsədəuyğun hesab edir.

T.Gözəl “Konfrans Liqasına düşsək, sonadək gedəcəyik” deməklə eyni zamanda son dönəmlər olduğu kimi yalançı vədlərlə azarkeşlərin ümidini oğurlamağı bacaracağını düşünür.

Bəli, son dönəmlər…!

Klub heyəti gücləndirmək üçün kassasını nə ötən sezonun sonunda - yay transfer dönəmində açdı, nə də qışda. Yenə əli ətəyindən uzun olan “Qarabağ” rəhbərliyi bir xalqın ümidinə dönən klubun uğurlarını artıq xərcləmək barədə düşünür. Tahir gözəlin qeyd etdiyim açıqlaması və klubun heyyətini gücləndirmək üçün transfer məsələsində aktivlik nümayiş etdirməməsi belə düşünmək üçün ciddi əsaslar verir.

Amma təəssüf ki, klub rəhbərliyi on minlərlə azarkeşin, “Qarabağ” sevdalısının üzünə gülə-gülə çəkinmədən bu son müsahibədə daha bir yalana imza atdı:

Təkcə hücum deyil, hər mövqedə oyunçu axtarırıq. “Qarabağ” futbol bazarındadır, əlimizdən gələni edirik və çox aktiv işləyirik”.

Bəli, bu açıqlamanın müəllifi “köhlənatlar”ın prezidentidir. Bəlkə “Qarabağ” həqiqətən də onun qeyd etdiyi kimi, transfer bazarında aktivlik nümayiş etdirir, son sezonda qazandığı milyonların ucundan-qulağından məhz komandanın gücünə-güc qatmaq üçün transferlərə xərcləyir, mənim xəbərim yoxdur?

Anlaşılan odur ki, komanda sizin də qeyd etdiyiniz kimi qat-qat aşağı məvaciblə Avropanın ən nüfuzlu klub turnirində boy göstərdiyi halda, məhz bu məsələdə daha da irəli getməyi hədəf yox, “Bizə Konfrans Liqası bəs edər, bizdən bu qədər!” mesajı verərək, azarkeşlərinizi yarı yolda qoyursunuz!

Parol.az

Atilla Əsəd

Seçilən
70
1
parol.az

2Mənbələr