AZ

Olimpiadada QEYRİ-ADİ HADİSƏ: Norveçli xizəkçi məğlubiyyətdən sonra meşəyə QAÇDI – VİDEO

Olimpiadada norveçli xizəkçi məğlubiyyətdən sonra meşəyə qaçıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Qış Olimpiya Oyunlarında qızıl medala əsas namizədlərdən biri hesab olunan norveçli xizəkçi Atle Li Makqrat hər kəsi təəccübləndirən addım atıb.

İdmançı uğursuz çıxışından sonra emosiyalarını cilovlaya bilməyib.

Məlumata görə, yarış zamanı uğursuzluğa düçar olan Makqrat məğlubiyyəti ilə barışa bilməyərək xizəklərini və bütün digər idman avadanlıqlarını yerə atıb.

Daha sonra o, ərazidəki hasarı aşaraq birbaşa yaxınlıqdakı meşəyə doğru yollanıb.

Bildirilir ki, xizəkçi bu qələbəni vəfat etmiş babasına həsr etmək istəyirmiş. Lakin qızıl medal qazana bilməməsi idmançının böyük sarsıntı keçirməsinə və yarış meydanını belə qeyri-adi şəkildə tərk etməsinə səbəb olub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
74
interpress.az

1Mənbələr