Çinin “Unitree” robotları bir il ərzində qorxunc dərəcədə təkmilləşib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici texnoloji KİV-lər məlumat yayıb.
Çinin “Unitree” şirkəti tərəfindən hazırlanan robotlar cəmi bir il ərzində heyrətamiz və bir qədər də qorxunc inkişaf yolu keçib.
Bu kəskin fərqi Çin Yeni ili şərəfinə keçirilən şoularda robotların ötənilki və builki çıxışlarını müqayisə etməklə aydın görmək mümkündür.
Cəmi 12 ay ərzində robotların hərəkət dəqiqliyi, sürəti və koordinasiyası inanılmaz səviyyəyə çatıb.
Mütəxəssislər qeyd edirlər ki, bu cür sürətli təkamül robototexnika sahəsində yaxın gələcəkdə böyük inqilabın xəbərçisidir.
Sosial şəbəkələrdə yayılan müqayisəli görüntülər istifadəçilər tərəfindən həm rəğbət, həm də gələcəyin texnologiyalarına qarşı müəyyən bir narahatlıqla qarşılanıb.
Xuraman Etibarlı
İnterpress.az