AZ

Pezeşkian qonşu ölkələrlə münasibətlərdən danışdı

İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə danışıqlar barədə açıqlama verib.Metbuat.az xəbər verir ki, o danışıqların ali rəhbər Ayətullah Əli Xameneinin razılığı əsasında aparıldığını bəyan edib. Məsud Pezeşkian dini liderlərlə görüşündə bildirib ki, məqsəd sadəcə danışmaq deyil, məsələləri həll etməkdir. O, həmçinin qonşu və İslam ölkələri ilə yaxşı münasibətlərə malik olduqlarını vurğulayaraq, bu əməkdaşlıq sayəsində bir çox problemi həll etdiklərini bildirib.

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi İranın ABŞ ilə fundamental prinsiplər üzrə razılığa gədliyini ifadə edib. Cenevrədə keçirilən nüvə danışıqları barədə açıqlama verən Əraqçi bildirib ki, tərəflər potensial razılaşma sənədləri üzərində işləyəcək və onları bir-biri ilə paylaşacaq.

Seçilən
86
7
metbuat.az

8Mənbələr