AZ

Zelenskidən şok: Donbasla bağlı elə bir qərar açıqladı ki...

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna qoşunlarının Donbasdan çıxarılması məsələsini müzakirə etməyə hazır olduqlarını, lakin bunun yalnız qarşılıqlı əsasda mümkün ola biləcəyini bəyan edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “Axios” nəşrinə müsahibəsində danışıb. Zelenskinin sözlərinə görə, Ukrayna tərəfi qoşunların geri çəkilməsini yalnız Rusiya qüvvələrinin də eyni məsafəyə geri çəkilməsi şərti ilə nəzərdən keçirə bilər.

Prezident birtərəfli şəkildə qoşunların çıxarılmasını nəzərdə tutan hər hansı sülh razılaşmasını qəbul etməyəcəklərini vurğulayıb.

“Xalq bunu heç vaxt bağışlamayacaq. Heç vaxt. Onlar… məni bağışlamayacaqlar”, – deyə Ukrayna lideri bildirib.

Bundan əvvəl Ukrayna rəhbərliyi daxilində Donbasla bağlı mümkün güzəştlər mövzusunda fikir ayrılıqları olduğu barədə məlumat yayılmışdı. Jurnalist Simon Shuster iddia edib ki, dövlət başçısının iki adı açıqlanmayan müşaviri “ən çətin güzəşti – Donetsk vilayətinin bir hissəsi üzərində nəzarətdən imtina etməyi” nəzərdən keçirir.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
54
globalinfo.az

1Mənbələr