AZ

Qadın paltarında İsveçrəyə uçan maskalanmış “mələk”...

Yaxud qardaşı- simasız məxluq Mehman Hüseynovla birlikdə bütün mənəvi normaları tapdalayaraq, əxlaqi sərhədləri aşaraq ifadə, söz azadlığını söyüş azadlığna çevirən Emin Hüseynov kimi xəyanətkar ünsürlər uzun illərdən bəri xarici xüsusi xidmət orqanlarının Azərbaycana qarşı informasiya hücumunun alətinə çevriliblər

Bir neçə gün bundan əvvəl xarici kəşfiyyat orqanları ilə yaxından əməkdaşlıq edən, erməni diasporunun maliyyə dəstəyi ilə fəaliyyət göstərən Emin Hüseynova Münxendə  Birinci vitse-prezident Mehriban Əliyevanın: “Qadın paltarı geyinib səfirlikdə  gizlənən siz idiniz?” - sualı mənə 14 il bundan əvvəl-2012-ci il mayın 22-də iştirakçısı olduğum “Demokratiya naminə oxu” (“Sing for Democracy”) kampaniyası çərçivəsində keçirilən mətbuat konfransını xatırlatdı. Çox istərdik ki, o zaman kütləvi informasiya orqanlarında məlum mətbuat konfransı ilə bağlı gedən xəbərlərə bir daha diqqət yetirək: “Demokratiya naminə oxu” (“Sing for Democracy”) kampaniyasının mətbuat konfransında qalmaqal baş verib. Mayın 22-də keçirilən mətbuat konfransında RATİ-nin rəhbəri Emin Hüseynli və hüquq müdafiəçisi Leyla Yunus çıxış edib. Onlar bildiriblər ki, ölkədə çoxsaylı insan haqlarının pozulması halları baş verib. Tədbirdə evləri sökülən sakinlər və digər insan haqları ilə bağlı problemlərin əks olunduğu film də nümayiş olunub.
 Mətbuat konfransında iştirak edən “Xalq qəzeti”, “Səs” və “İki sahil” qəzetlərinin əməkdaşları isə çıxışçıların sözlərini kəsib onları yalan danışmaqda suçlayıb. Onlar mətbuat konfransına qatılan xarici jurnalistlərə xitabən deyiblər:” Demokratiya naminə oxu” kampaniyasının təşkilatçıları hakimiyyətə qarşı qərəzli münasibət göstərir və ölkə rəhbərliyi Azərbaycanda demokratik şəraiti təmin edir, insan haqlarına hörmət göstərilir”. (Təvazökarlıqdan uzaq onu da deyim ki, “İki sahil” qəzetinin təmsilçilərindən mən bu antimilli ünsürlərin layiqli cavabını verərək onları faktlarla ifşa etdim. Əcnəbi jurnalistlərin və QHT nümayəndələrinin önündə bu antimilli ünsürlərin xarici xüsusi xidmət orqanlarının əlaltıları olduqlarını çəkinmədən bildirdim).

 Bütün bunları təsadüfən xatırlatmadıq. Çünki hamımız yaxşı bilirik ki, qardaşı, üfunət dağarcığı, bütün varlığı ilə mənəvi-əxlaqi deqradasiyaya uğrayan Mehman Hüseynovla bilikdə dövlətimizə, onun simvollarına, dövlət başçısına və onun komanda üzvlərinə şər-böhtan yağdıran, onlara qarşı əxlaqsızcasına “qara piar” kampaniyasını davam etdirən Emin Hüseynovun bu günlərdə Münxendəki bədnam əməlləri anti-Azərbaycan dairələrin, erməni lobbisinin ölkəmizə qarşı “ənənəvi layihələr”inin növbəti epizodudur.

Gəlin, yenə bir neçə il bundan əvvələ-2014- cü ilə qayıdaq. Azərbaycan “Eurovision-2011” mahnı müsabiqəsində qalib gələndən bir həftə sonra xarici ağalarının sifarişi ilə “Demokratiya naminə oxu” kampaniyasını təşkil edən antimilli ünsürlərdən bir olan, rəhbərlik etdiyi Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutu (RATİ) vasitəsilə Soros Fondundan, xarici ölkələrin səfirliklərindən aldığı milyonlarla manat dəyərində olan vəsaitlərindən qeyri-şəffaf istifadə edən Emin Hüseynoun rəhbəri olduğu  təşkilata məhz həmin il vergidən yayınma ilə bağlı cinayət işi qaldırılıb. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində həm də Emin Hüseynova qarşı cinayət işi başlanıb. Həmin işdə ona və RATİ-nin fəaliyyətinə aid ittihamlar arasında qanunsuz sahibkarlıq fəaliyyəti və vergi ödəməkdən yayınma maddələri göstərilib.

RATİ‑yə qrant müqavilələri ilə daxil olan vəsaitlərin rəsmi qeydiyyatdan yayındırılması nəticəsində təşkilat 247 551 manat məbləğində (o dövrdəki məzənnə ilə 236 281 ABŞ dolları) vergidən yayınmaqda şübhəli bilinib.

E.Hüsenyov əvvəlcə Bakıda müxtəlif ünvanlarda gizlənərək istintaqdan yayınb. Daha sonra saçlarının rəngini dəyişərək və qadın paltarı geyinərək İsveçrənin Azərbaycandakı səfirliyinə sığınıb. Onu da xatırladaq ki, E.Hüseynov rəhbərlik etdiyi RATİ-nin ofisində axtarış aparılması xəbərini alandan dərhal sonra ABŞ səfirliyinə gedib və orada gizlənməyə cəhd edib. Ancaq səfirlik amerikalı hərbçi xanım Sara Polsvordla evli olan Hüseynovun bu istəyini rədd edib.

Gerçəklik budur ki, 2014-cü ildə Emin Hüseynov barəsində 300.000 manat vergi borcuna görə məhkəmə qərarı çıxarılmışdı və həbs olunmalı idi. Ancaq o, həbs edilməmək üçün anasının paltarını geyinərək evdən çıxmış, İsveçrə səfirliyinə daxil olmuş və düz 10 ay həmin səfirliyin binasında yaşamışdı. O da məlumdur ki, sırf Emin Hüseynova görə İsveçrə Xarici İşlər Nazirliyinin rəhbər şəxsi Didye Burkhalter Avropa Oyunlarının açılış mərasimində iştirak üçün Bakıya gəlmişdi. Azərbaycan hakimiyyəti ilə uzun sürən danışıqlardan sonra (vergi borcunu ödəyib, şərtlərimizi qəbul etmişdilər), onun şəxsi təyyarəsi ilə Emin Hüseynov 2015-ci il iyinun 13-də birbaşa İsveçrəyə aparılmışdı. İsveçrə hökuməti tərəfindən borcu  ödənilən  E.Hüseynovun Azərbaycan vətəndaşlığına xitam verilib.

Birmənalı deyə bilərik ki, uzun illərdən bəri ölkəmizə qarşı “qara piar” kampaniyası aparan, qardaşı- simasız Mehman Hüseynovla birlikdə elementar mənəvi normaları tapdalayaraq, bütün əxlaqi sərhədləri aşaraq, fikir, söz azadlığını söyüş azadlığna çevirən Emin Hüseynov kimi ünsürlərin xarici təhlükəsizlik orqanlarının təlimatı ilə bu gün öz antimilli fəaliyyətlərini davam etdirməsi bütün cəmiyyətimiz tərəfindən qətiyyətlə rədd edilir. Politoloq, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun 2026-cı il fevralın 17-də GLOBALİnfo.az-a verdiyi açıqlamaya diqqət edək: “Hər kəsə aydındır ki, Mehman və Emin Hüseynov qardaşları qəsdən Rusiya kəşfiyyat xidmətlərinin Azərbaycana qarşı informasiya hücumunun alətinə çevriliblər”.

O bildirib ki, sözügedən şəxslərin “Qərbi Avropa”da yerləşməsi sadəcə “əfsanənin” bir hissəsidir, yəni maskalanmadır.

Biz də əminliklə deyirik ki, Emin Hüseynovun qadın paltarında Azərbaycandan qaçması əfsanə yox, tarixin səhifələrindən silinməyəcək  həqiqətdir...

Zahid Rza, “İki sahil”

Seçilən
11
ikisahil.az

1Mənbələr