AZ

Epilepsiya xəstəsi kanala düşərək boğulubVİDEO

Epilepsiya xəstəliyindən əziyyət çəkən şəxs kanala düşərək boğulub. Yaxınları onun cəsədini mobil telefonuna zəng edərək tapıblar.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Şəkinin Cəyrli kəndində baş verib.

33 yaşlı Abuzər Əsgərov həyat yoldaşına kənddəki yas məclisinə gedəcəyini deyib. Daha sonra onun qayıtmadığını və zənglərə cavab vermədiyini görən ailə üzvləri axtarışa çıxıblar və onun meyitini aşkarlayıblar.

Yaxınları bildirirlər ki, o, xəstəliyi ilə əlaqədar daim nəzarətdə saxlanılırmış.

Qeyd edək ki, mərhum ailəli olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
70
xezerxeber.az

1Mənbələr