AZ

KİV: ABŞ qırıcıları narkotik qaçaqmalçılarına zərbələr endirdi: 11 ölü

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Fevralın 16-da Amerika Birləşmiş Ştatları narkotacirlərə məxsus üç gəmiyə havadan zərbələr endirib.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı "X" sosial şəbəkəsində rəsmi məlumat yayıb.

Hücum nəticəsində 11 nəfərin həlak olduğu bildirilir.

"Kəşfiyyat məlumatları təsdiqləyib ki, sözügedən gəmilər məlum narkotik qaçaqmalçılığı marşrutları üzrə üzüb və qanunsuz narkotik dövriyyəsi əməliyyatlarında iştirak ediblər", - deyə komandanlığın bəyanatında vurğulanır.

Məlumatda qeyd olunur ki, gəmilərdən ikisi Sakit okeanın şərq hissəsində aşkar edilərək hücuma məruz qalıb, üçüncü gəmi isə Karib dənizində hədəfə alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
oxu.az

1Mənbələr