AZ

Rusiyadan Cenevrədəki danışıqlara gözlənilməz reaksiya

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Rusiya nümayəndə heyəti Cenevrədə Ukrayna və ABŞ ilə apardığı danışıqların ilk gününün nəticələri barədə şərh verməkdən imtina edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Qeyd olunub ki, nümayəndə heyətinin üzvləri görüşün keçirildiyi “InterContinental Geneva” hotelini tərk ediblər.

Mənbə danışıqların yekunları ilə bağlı açıqlama verilib-verilməyəcəyi sualına qısa şəkildə “xeyr” cavabını verib.

Bildirilir ki, Rusiya nümayəndə heyətini daşıyan avtomobil karvanı Ukraynadakı münaqişənin nizamlanmasına dair üçtərəfli görüşlərin keçirildiyi məkandan ayrılıb.

Daha əvvəl danışıqlar qrupundakı mənbələrdən biri 17 fevral tarixində keçirilən görüşlərin təxminən altı saat davam etdiyini açıqlanıb. Mənbənin sözlərinə görə, hərbi münaqişənin həlli ilə bağlı müzakirələr çox gərgin keçib.

Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında danışıqların yeni mərhələsi 18 fevral tarixində Cenevrədə davam etdiriləcəyi gözlənilir.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
globalinfo.az

1Mənbələr