Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Avtomatik ötürmələr qutusu olan avtomobil sürücüləri arasında qırmızı işıqda gözləyərkən ötürücünü "N" (neytral) vəziyyətinə gətirmək geniş yayılmış vərdişdir. Çoxu elə bilir ki, bu addım yanacağa qənaət edir və ya mexanizmin yükünü azaldır. Lakin mühəndis və ekspertlərin rəyi tamamilə fərqlidir. Bu hərəkət müasir avtomobillərdə ötürmələr qutusunun ömrünü xeyli qısaldır.Demokrat.az-ın məlumatına görə ötürücünün daim dəyişdirilməsi hidravlik klapanlar və dişlilər üzərində lazımsız yerə gərginlik yaradır. Avtomobili yenidən hərəkətə gətirərkən yaranan qəfil təzyiq dəyişikliyi isə daxili hissələrin daha tez aşınmasına səbəb olur. Müasir nəqliyyat vasitələri elə hazırlanıb ki, ayaq əyləcdə olanda "D" rejimində qalmaq mexanizmə hər hansı zərər vermir.Yanacaq qənaəti məsələsi də mifdən başqa bir şey deyil. Müasir mühərriklərdə elektron idarəetmə sistemi avtomobil dayandığı an yanacaq püskürtməsini minimuma endirir. Buna görə də ötürücünü boşa almağın maddi cəhətdən üstünlüyü yoxdur. Üstəlik təhlükəsizlik baxımından da avtomobilin hər an hərəkətə hazır vəziyyətdə qalması daha məqsədəuyğundur. Mütəxəssislər qırmızı işıqda ötürücünü "D" vəziyyətində saxlayıb ayağı əyləcdə tutmağı məsləhət görürlər.İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.