AZ

Ərdoğanı qarşılayarkən bu detal diqqət çəkdi -

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Efiopiyada qarşılanma mərasimi maraqlı anlara səhnə olub. Metbuat.az xəbər verir ki, Ərdoğan təntənə ilə qarşılanıb. Qarşılanma mərasimi zamanı uşaqların "Ərdoğan" mahnısı sədaları altında rəqs etməsi diqqət çəkib. Əllərində Türkiyə və Efiopiya bayraqları olan uşaqlar Ərdoğanı rəqslə qarşılayıblar. Prezident Rəcəb Tayyib Ərdoğan Efiopiyaya səfəri çərçivəsində Baş nazir Abiy Əhməd Əli ilə görüşüb.


Seçilən
109
metbuat.az

1Mənbələr