AZ

Kot-d'İvuar sahillərində böyük təbii qaz yatağı aşkar edilib

Bakı. Trend:

Kot-d'İvuar sahillərində, Qvineya körfəzində iri təbii qazyatağı kəşf olunub.

Trend xəbər verirki, bu barədə "Business Insider Africa" məlumat yayıb.

Məlumata görə, yataq sahildən təxminən 45 kilometr məsafədə, 2200 metr dərinlikdə yerləşir. Qazılan quyunun ümumi dərinliyi isə 4400 metr təşkil edir. Qazma işləri İtaliyanın Eni şirkəti iləKot-d'İvuarın dövlətə məxsus "Petroci Holding" şirkəti tərəfindənbirgə həyata keçirilib.

“Calao South” adlanan yatağın ehtiyatlarının təxminən 85 milyardkubmetr təbii qaz və 100 milyon barel kondensat həcmində olduğubildirilir.

Seçilən
134
az.trend.az

1Mənbələr