AZ

Ağdam sakini Gəncədə dəm qazından zəhərləndi

Gəncədə qadın dəm qazından zəhərlənib.
"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini, 1988-ci il təvəllüdlü G.Abdullayeva dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, G.Abdullayeva kirayə yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
39
50
unikal.az

10Mənbələr