AZ

İran Hörmüz boğazını bağlayacaq

İranın “Fars” xəbər agentliyinin məlumatına görə, çərşənbə axşamı günü İran hərbi təlimlər səbəbindən Hörmüz boğazının bir hissəsini bir neçə saatlıq bağlayacaq.

“Bu gün “Hörmüz boğazının ağıllı idarə olunması” təlimi zamanı təhlükəsizlik və naviqasiya qaydalarını təmin etmək üçün Hörmüz boğazının bəzi əraziləri bir neçə saatlıq bağlanacaq.”,– agentlik bildirib. İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) “Hörmüz boğazının ağıllı idarə olunması” təlimləri dünən başlayıb. Bu təlim bölgədə Amerika hərbi mövcudluğunun artması fonunda keçirilir.

İİKK Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Təngsiri bu gün bildirib ki, zəruri hallarda Hörmüz boğazı mümkün qədər tez bağlana bilər. “Əgər məsələ Hörmüz boğazının bağlanmasına doğru gedərsə, Hərbi Dəniz Qüvvələrimiz bu vəzifəni mümkün qədər tez yerinə yetirəcək.”, – İran Dövlət Televiziya və Radio Yayım Şirkəti xəbər verir.
Qeyd edək ki, Rusiya, İran və Çin arasında fevral ayının sonunda Hörmüz boğazında “Dəniz Təhlükəsizlik Kəməri 2026” adlı birgə hərbi təlimlər də keçiriləcək. Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev bu gün bildirib ki, ölkələr artıq gəmilərini boğaza göndəriblər.

//Samir Qurbanov, Editor.az

Seçilən
98
editor.az

1Mənbələr