AZ

Hüseyn Cavidi vaxtında oxumaq lazım idi – Vardanyanın gecikmiş qiraəti

Bir ömür müharibələrə qarşı əsərlər yazan Hüseyn Cavid vəmüharibə səbəbkarı olan, terrorizmi maliyyələşdirən, revanşizməyatırım edən Ruben Vardanyan.

"Kor ərəbin" mahnısında "Ədalət, ah ədalət"deyən Hüseyn Cavidin adı ədalət məhkəməsindəmühakimə olunan Ruben Vardanyanın dilindən səslənir...

O, əsrin məhkəməsində deyir ki, istintaq müddətində AzərbaycanınCinayət Məcəlləsini, Füzulini və Cavidin əsərlərini oxumuşam.

Uzaq keçmiş deyildi, 10 noyabr razılaşmasından sonra, asta-astadurulmağa başlayanda Azərbaycanın radiolarından erməni dilindəmülki əhaliyə elanlar verilirdi...

"Öz dillərində" yox, onların dilində danışsaydıq, gərək biz dəXocalıya Xocalı ilə cavab verəydik. Biz sadəcə onların danışıqdilində deyirdik, ermənicə:

"Bizim mülki əhali ilə işimiz yoxdur".

Azərbaycan ordusunun mülki əhali ilə işinin olmadığını dediyizamanda Vardanyan Xankəndidə uzun illərdir əsalətini qoruyubsaxlayan bir çinarın altında durub mülki əhalini müharibəyəsəsləyirdi. Deyirdi, müharibə bitməyib.
Bəlkə də Vardanyan və onun kimilərin nağılları olmasaydı, Xankəndi,Xocalı, Əsgəran qan tökülmədən azadlığa qovuşacaqdı, antiterrortədbirlərinə də ehtiyac olmayacaqdı.

Təəssüf ki, Vardanyan həmin vaxtlar Hüseyn Cavidioxumamışdı.

Ariflər təkcə nəsə eləyən insanlar deyil, həm də nəyi nə vaxtetməyi bilən insanlardır. Hüseyn Cavidi oxumalı vaxtı qoca çinarınaltında durub sadə insanlara nağıl danışan Vardanyan həyatının ənböyük səhvindən sonra Füzulini, Hüseyn Cavidi oxuyur...

Oxumaq gözəldir.... Amma ondan da gözəli vaxtında oxumaqdır:

"İblis nədir? – Cümlə xəyanətlərə bais…
Ya hər kəsə xain olan insan nədir? – İblis! (H.Cavid)

Sərdar Amin
"Trend" İnformasiya Agentliyinin azərbaycandilli xəbərlərxidmətinin rəhbəri

Seçilən
63
1
az.trend.az

2Mənbələr