Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə olub.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Aşıqlı kənd tam orta məktəbində qeydə alınıb.
Ötən gün məktəbin bufetindən şirniyyat məhsulları alıb yeyən 10 nəfər aşağı sinif şagirdi özlərini pis hiss edib. Dərhal şagirdlərin valideynlərinə xəbər verilib.
Halları pisləşən şagirdlər barədə dərhal xəstəxanaya müraciət edilib. Məktəbdən verilən xəbərə görə, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.
Göygöl Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, 7-si qız, 3-ü oğlan olmaqla 10 şagirdin hər birinə zəruri tibbi yardım göstərilib:
Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, şagirdlərə "dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenterit" diaqnozu qoyulub.
Faktla bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalara başlanılıb. Nümunələr götürülərək müayinələrə cəlb olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.