AZ

Patruşevdən NATO xəbərdarlığı: Kalininqrad ətrafında hərbi toqquşma ehtimalı var

Patruşev Kalininqrad yaxınlığında NATO ilə mümkün hərbi toqquşma barədə xəbərdarlıq edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Nikolay Patruşev məlumat verib.

Rusiya Prezidentinin köməkçisi Nikolay Patruşev Kalininqrad vilayəti ərazisində Rusiya ilə NATO arasında mümkün hərbi toqquşma ehtimalı barədə bəyanatla çıxış edib.

Onun sözlərinə görə, Şimali Atlantika Alyansı hazırda hücum imkanlarına malik çoxmillətli hərbi qüvvələr formalaşdırır.

Patruşev bildirib ki, alyans Kalininqrad vilayətinin blokadaya alınması və Rusiyanın ticarət gəmilərinin ələ keçirilməsi ssenarilərini nəzərdən keçirir.

Vurğulanıb ki, bu məqsədlə “kölgə donanması”ndan dəniz blokadası vasitəsi kimi istifadə edilə bilər.

Lakin prezidentin köməkçisi əlavə edib ki, Rusiya donanması istənilən eskalasiya təhlükəsi yaranacağı təqdirdə blokadanı yarmağa və ölkənin maraqlarını qorumağa tam hazırdır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
41
interpress.az

1Mənbələr