AZ

“Qalib gəlməyə çalışacağıq, meydana güclü heyət buraxacam!” Haunun gözünə “Qarabağ”dan başqa heç nə görünmür!

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Nyukasl”ın baş məşqçisi Eddi Hau bir neçə dəqiqə əvvəl Tofiq Bəhramov adına Respublika stadionunda mətbuat konfransı keçirib. Onun “Qarabağ”la oyun ərəfəsində səsləndirdiyi ən önəmli fikirləri təqdim edirik.* Joelinton heyətə döndü ki, bu da bizim üçün böyük üstünlükdü. O, çox vacib oyunçudu, əsl liderdi. Dünən yaxşı çalışdı, özünü əla hiss etdi. Bəzi oyunçularımız zədəli olsa da, son iki oyundakı qələbə üzündən əhval-ruhuyyəmiz yaxşıdı. Qalib gəlməyə çalışacağıq, meydana güclü heyət buraxacam! Qarşıdakı oyunların təqvimi bizi düşündürmür. “Qarabağ”la oyun bizim üçün hədsiz vacibdi.* Bruno Gimarayeşin zədəsi ciddidi. Braziliya yığmasının həkimləri ilə də danışmışıq. Bu həftə yığmanın düşərgəsinə qoşulacaq, sonra yenə kluba qayıdacaq. * Azərbaycana uzun uçuşa gəlincə, buna sakit yanaşmağa çalışırıq. Uçuş çox yaxşı, rahat keçdi. Bu gün üçün hər şey əladı. İndi məşqə çıxacağıq, uşaqların uçuşdan sonra ayağı açılacaq, sabah da hər şey qaydasında olacaq.ORXAN

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
83
1
icma.az

2Mənbələr