AZ

Boşandıqdan sonra 350 milyonluq villa ona qalacaq

ain.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tanınmış bloger Oksana Samoylova reper Ciqan ilə boşandıqdan sonra ailə malikanəsini öz adına keçirməyi planlaşdırır.

Axşam.az xəbər verir ki, bu barədə o, realiti-şousunda bildirib:

“Biz boşanandan sonra ev rəsmi olaraq mənə məxsus olacaq ki, o istədiyi vaxt ora daxil ola bilməsin. Mən yenidən evə köçəcəyəm. Amma yalnız boşanmadan sonra”.

Eyni zamanda, Samoilova vurğulayıb ki, uşaqların ataları ilə ünsiyyətini məhdudlaşdırmaq niyyətində deyil. O qeyd edib ki, övladları harada istəsələr və harada özlərini yaxşı hiss etsələr, orada yaşaya bilərlər.

Xatırladaq ki, söhbət ulduz cütlüyün Şato Soveren kottec qəsəbəsində yerləşən üçmərtəbəli evindən gedir. Evin sahəsi 1300 kvadratmetr, torpaq sahəsi isə 22 sot təşkil edir. Torpaqla birlikdə malikanənin təxmini dəyəri 350 milyon rubldan (təxminən 7 milyon 739 min manat) çoxdur.

Samoilova oktyabrın 9-da Ciqanla boşanmaq üçün məhkəməyə müraciət edib. Müvafiq iddia ərizəsi məhkəmə bazasında oktyabrın 6-da qeydə alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
axsam.az

1Mənbələr