Küçədə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək.
Xezerxeber.az-ın məlumatına görə, elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışı da qadağan edilir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, ictimai yerlərdə elektron siqaret çəkənlər 30 manat məbləğində cərimə ediləcək.
Eyni zamanda layihədə elektron siqaretlərin, onların komponentlərinin idxalı ixracı və saxlanılmasına görə də inzibati məsuliyyət və cərimələrin tətbiqi nəzərdə tutulur.
Qanun layihələrinin aprel ayının 1-dən qüvvəyə minəcəyi nəzərdə tutulur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.