AZ

“Rusiyadan iki min ukraynalı uşaq geri qaytarılıb” Zelenski

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, "Bring Kids Back UA" təşəbbüsü çərçivəsində Rusiyadan ümumilikdə 2 min ukraynalı uşağı geri qaytarmaq mümkün olub.

"Report" xəbər verir ki, Zelenski bu barədə öz "Telegram" kanalında məlumat paylaşıb.

"Bu uşaqların hər birinin geri qaytarılması insanlarımızın, ictimai təşkilatların və beynəlxalq tərəfdaşların gündəlik işi sayəsində mümkün olub. Biz uşaqlarımızın, ölkəmizin və bütün dünyanın gələcəyi uğrunda bu mübarizəyə qoşulan hər kəsə minnətdarıq", - Ukrayna lideri yazıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
48
5
azpolitika.info

7Mənbələr