AZ

“Traktor” baş məşqçisini qovdu, azarkeşlər fəryad edir

“Traktor” bu gün baş məşqçisi ilə yollarını ayırıb. Draqan Skoçiçlə müqaviləyə vaxtından əvvəl xitam verilib.
Komandanın ardıcıl iki məğlubiyyəti rəhbərliyin belə qərar verməsinə gətirib çıxarıb. Təbriz təmsilçisi ötən həftə Asiya Çempionlar Liqasında evdə Qətərin “Əl-Sədd” komandasına 0:2 hesabıyla məğlub olub. Çempionatın da sonuncu - 20-ci turunda “Fəcr Sepasi”yə səfərdə 1:2 hesablı məğlubiyyət komandanı psixoloji cəhətdən sarsıdıb.
Azarkeşlər sosial şəbəkədə bu gedişi birmənalı qarşılamayıb. “Football-plus.az” diqqəti çəkən şərhləri təqdim edir.
nazaninqasemi: “Bizə çempionluq bəxş etdiyin üçün sağ ol, Skoçiç. Biz sənin üçün darıxacağıq, həmişə xatırlayacağıq, unutmayacağıq”.
taranom_tt1970: “Aman, bizə gözəl duyğular bəxş edəni itirdik”.
mehdi_bahariii: “Cənab Skoçiç, bu qərarın adamı çaşdırdı”.
y.ens2025: “Həmişə qəlbimizdə olacaqsan”.
latingunler: “Gözəl xatirələr üçün təşəkkürlər, bütün Təbriz sizin üçün darıxacaq”.
Xatırladaq ki, təbrizlilər 20 oyundan sonra turnir cədvəlində 35 xalla 2-ci pillədə qərarlaşıb, lider “Qol Qəhər”dən 1 xal geridədi, 1 oyun az keçirib. Yeri gəlmişkən, artıq yeni baş məşqçi də məlumdu. Təbrizliləri Məhəmməd Rabiei çalışdıracaq.
MÜZƏFFƏR QULUZADƏ

Seçilən
54
1
football-plus.az

2Mənbələr