AZ

"Qalatasaray- “Yuventus” matçının heyətləri açıqlandı

style='margin-bottom:10px;'>

Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyun günündə Türkiyə klubu “Qalatasaray” doğma meydanda İtaliya təmsilçisi “Yuventus”u qəbul edəcək.

QOL.az xəbər verir ki, artıq hər iki komandanın start heyətləri açıqlanıb. 

“Sarı-qırmızılar”ın baş məşqçisi Okan Buruk ilk dəqiqələrdən bu oyunçulara şans verib: Çakır, Yakobs, Sançes, Şallai, Sara, Akgün, Torreyra, Bardakçı, Osimhen, Yılmaz, Lanq.

“Yuventus”un çalışdırıcısı Luçano Spalletti isə bu start heyəti ilə meydana çıxmağa qərar verib: Di Qreqorio, Bremer, Lokatelli, Kelli, Konseysao, Kopmeyners, Yıldız, Kalulu, Türam, Makkenni, Kambiaso.

Qeyd edək ki, matç bu gün Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Seçilən
48
2
teleqraf.com

3Mənbələr