AZ

“Liverpul” “Aston Villa”dan Rocerslə maraqlanır

“Liverpul” “Aston Villa”nın hücumçu yarımmüdafiəçisi Morqan Rocerslə maraqlanır.

İdman.Biz bu barədə TEAMtalk-a istinadən xəbər verir.

Mənbənin məlumatına görə, mersisaydlılar hazırda 23 yaşlı yarımmüdafiəçinin nümayəndələri ilə danışıqlar aparmırlar. Məlumata görə, “Arsenal”, “Tottenhem” və “Mançester Yunayted” də Rocerslə maraqlanır.

Yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 37 oyunda meydana çıxıb, 10 qol vurub və yeddi məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2031-ci ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 70 milyon avrodur.

İdman.Biz
Seçilən
19
idman.biz

1Mənbələr