AZ

Azərbaycan neftinin 70 faizini bu ölkə alıb

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

Bu ilin yanvar ayında Azərbaycan İtaliyaya 1 milyon 847 min 915,54 ton xam neft ixrac edib.

Axar.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 861 milyon 652,23 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin yanvar ayı ilə müqayisədə 9,5 % çox, dəyəri isə 7,6 % azdır.

İtaliyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 69,91 % olub.

Qeyd edək ki, bu ilin yanvar ayında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 1 milyard 238 milyon 082,05 min ABŞ dolları olan 2 milyon 642 min 930,94 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
9
axar.az

10Mənbələr