Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
UEFA Çempionlar Liqasında pley-off mərhələsi ərəfəsində "Qalatasaray" və "Yuventus" arasındakı qarşılaşma öncəsi iki komandanın heyətinin dəyərləri böyük maraq mövzusu olub.
Oxu.Az "TGRT Haber"ə istinadən xəbər verir ki, bütün diqqətlər ulduz oyunçulara yönəlib.
"Transfermarkt" portalının məlumatlarına görə, iki klub arasında ümumi bazar dəyəri baxımından diqqətçəkən bir fərq mövcuddur.
İtaliya A Seriyasının təmsilçisi "Yuventus"un ümumi heyət dəyəri 560.2 milyon səviyyəsindədir. "Ağ-qaralar"ın heyətində ən yüksək bazar dəyərinə sahib futbolçu Kenan Yıldızdır. Gənc ulduz 75 milyon avroluq dəyəri ilə komandanın zirvəsində qərarlaşıb.
"Yuventus"da bazar dəyəri ən yüksək 10 futbolçu aşağıdakı kimidir:
Kenan Yıldız - 75 milyon avro;
Lois Openda - 40 milyon avro;
Hefren Türam - 40 milyon avro;
Duşan Vlahoviç - 35 milyon avro;
Bremer - 35 milyon avro;
Conatan Devid - 35 milyon avro;
Andrea Kambyazo - 30 milyon avro;
Fransişku Konseysan - 30 milyon avro;
Työn Kopmeyners - 28 milyon avro;
Pyer Kalyulyu - 28 milyon avro.
"Qalatasaray"ın ümumi bazar dəyəri isə 336.85 milyon avrodur. "Sarı-qırmızılı" komandada ən yüksək dəyərə sahib isə Viktor Osimhendir.
"Qalatasaray"da bazar dəyəri ən yüksək 10 futbolçu:
Viktor Osimhen - 75 milyon avro;
Vilfrid Sinqo - 28 milyon avro;
Noa Lanq - 25 milyon avro;
Barış Alper Yılmaz - 24 milyon avro;
Leroy Sane - 23 milyon avro;
Qabriel Sara - 20 milyon avro;
Davinson Sançes - 18 milyon avro;
Yunus Akgün - 17 milyon avro;
Uğurcan Çakır - 15 milyon avro;
Saşa Boey - 15 milyon avro.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.