AZ

"Liverpul" "Aston Villa"nın futbolçusu ilə maraqlanır

style='margin-bottom:10px;'>

"Liverpul" klubu "Aston Villa"nın hücumameyilli yarımmüdafiəçisi Morqan Rocersi diqqət mərkəzində saxlayır.

QOL.az TEAMtalk-a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi hələlik 23 yaşlı orta sahə oyunçusunun nümayəndələri ilə rəsmi danışıqlara başlamayıb. Bununla yanaşı, futbolçu ilə "Arsenal", "Tottenhem" və "Mançester Yunayted" kimi nəhəng klublar da maraqlanır.

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 37 qarşılaşmada iştirak edən futbolçu rəqib qapılarına 10 dəfə yol tapıb və komanda yoldaşlarına 7 qol ötürməsi verib.

Xatırladaq ki, Rocersin hazırkı klubu ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.

Seçilən
51
teleqraf.com

1Mənbələr