ABŞ və İran arasında aparılan danışıqlar ümumi məqsədlərin və müvafiq texniki məsələlərin müəyyənləşdirilməsi istiqamətində müsbət irəliləyişlə yekunlaşıb. Bu barədə Omanın xarici işlər naziri Badr bin Hamad Al Busaidi məlumat verib.
NOCOMMENT.az xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edərək görüşlərin konstruktiv ruhda keçdiyini bildirib.
Onun sözlərinə görə, tərəflər yekun razılaşma üçün bir sıra əsas prinsiplərin müəyyənləşdirilməsi istiqamətində ciddi səylər göstəriblər:
“Görüşlərimizin ruhu konstruktiv idi. Birgə şəkildə yekun razılaşma üçün rəhbər prinsiplərin müəyyənləşdirilməsi məqsədilə mühüm iş apardıq”.
Badr bin Həməd Əl Busaidi həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Grossinin prosesə verdiyi töhfənin yüksək qiymətləndirildiyini qeyd edib.
Nazir vurğulayıb ki, qarşıda hələ görüləsi çox iş var: “Hələ çox iş görülməlidir. Lakin tərəflər növbəti görüşə qədər atılacaq addımlar barədə aydın planlarla ayrılıblar”.
Omanın XİN rəhbərinin fikrincə, əldə olunan irəliləyişlər danışıqlar prosesinin davam etdirilməsi və mümkün razılaşmaya yaxınlaşmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Sara