
Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün üçtərəfli danışıqlar 17 fevral günortadan sonra Cenevrədə yerləşən “Intercontinental” otelində başlayıb.
Yeniavaz.com xəbər verir ki, Ukrayna nümayəndə heyətinin rəhbəri və Təhlükəsizlik və Milli Müdafiə Şurasının katibi Rüstəm Umerov sosial mediada görüşdən fotolar paylaşıb.
“Təhlükəsizlik və humanitar məsələlər gündəmdədir. Biz konstruktiv, diqqətli və lazımsız gözləntilər olmadan işləyirik. Məqsədimiz davamlı sülhü yaxınlaşdıra biləcək həll yollarını mümkün qədər irəli aparmaqdır”, - Umerov yazıb.
Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edib. Amerika tərəfində danışıqlarda Trampın xüsusi nümayəndəsi Stiv Uitkov və prezidentin kürəkəni Cared Kuşner iştirak edir.