AZ

Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-də sabah Ramazan ayı başlayır

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sabah mübarək Ramazan ayının ilk günü olduğunu rəsmi şəkildə elan ediblər.

TurkicWorld "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Ali Məhkəməsi hilalın görünməsi ilə bağlı qərar qəbul edərək, sabahın hicri-qəməri təqvimi ilə 1447-ci ilin Ramazan ayının birinci günü olduğunu bəyan edib. Eyni zamanda, Qətərin Vəqflər Nazirliyi nəzdindəki Ayın Görünməsi Komitəsi və BƏƏ-nin Prezident Divanı da sabahın ayın başlanğıcı olduğunu təsdiqləyib.

Bununla yanaşı, İndoneziya Din İşləri Nazirliyi ölkə ərazisində Ramazan ayının ilk gününün cümə axşamı (20 fevral) olacağını açıqlayıb.

Qeyd edək ki, Ramazan ayı İslam dünyasında mənəvi saflaşma və ibadət ayı kimi qəbul edilir.

Seçilən
9
turkic.world

1Mənbələr