AZ

Beləsi İlon Maskda da yoxdur: Mindiyi avtomobili görənlər gözlərinə inanmadı

ain.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Türk sənət musiqisinin ulduzu Bülent Ersoy, Ankarada səhnə alacağı məkana qızıl örtüklü lüks "Tesla" avtomobili ilə gələrək bütün diqqətləri üzərinə çəkib.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, iddialı tərzi ilə tanınan sənətçinin bu seçimi sosial şəbəkələrdə "Belə bir maşın hətta İlon Maskın özündə belə yoxdur" şərhləri ilə qarşılanıb.

Lüks xərcləri və sərvəti ilə tez-tez gündəmə gələn Divanın sərvəti yenidən müzakirə mövzusu olub.

Məlumata görə, müğənninin təkcə İstanbulun ən prestijli bölgələrində 28 mənzili, həmçinin Türkiyənin müxtəlif şəhərlərində çoxlu sayda ultra lüks villası mövcuddur.

Bir vaxtlar "Pulum çoxdur, xərcləməyə yer axtarıram" deyən Ersoy, bu dəfə qızıl Teslası ilə öz ehtişamını bir daha nümayiş etdirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
1
lent.az

2Mənbələr