AZ

Dörd ölkəyə vizasız rejim Martda otellərdə yer tapılmayacaq

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Son dövrlər Körfəz ölkələri vətəndaşları üçün Azərbaycana vizasız rejimin tətbiqi, xüsusilə Novruz turizmi dövründə turist axınının artması ilə diqqət çəkir. Bu vəziyyət hotellər, kirayə mənzillər və xidmət sektorunda qiymətlərin yüksəlməsi riskini gündəmə gətirir.Turizm eksperti Cəfər Qarayev Demokrat.az-a açıqlamasında bildirib ki, 15 fevraldan etibarən Körfəz ölkələrinin dörd dövlətinin vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər. Bunlar Səudiyyə Ərəbistanı, Küveyt, Oman və Bəhreyn vətəndaşlarıdır ki, onlar indiyə qədər vizanı hava limanında əldə edirdilər:"Bununla yanaşı, həmin ölkələrdə oturma və yaşamaq hüququ olan şəxslər də Azərbaycana səfər edə biləcək və vizanı hava limanında əldə edəcəklər. Yəni onlar üçün viza rejimi daha da sadələşdirilmiş olacaq".Ekspert qeyd edib ki, Ramazan ayı başlayır və bu dövrdə ərəb ölkələrinin vətəndaşları adətən səyahət etmirlər. Lakin Ramazan bayramından sonra səfərlər yenidən aktivləşəcək və bu dövr demək olar ki, Azərbaycanda Novruz bayramı ilə üst-üstə düşür. "Bu səbəbdən mart ayında xaricdən, xüsusilə ərəb ölkələrindən kifayət qədər turistin gələcəyi gözlənilir və bu da rayonlardakı otel qiymətlərinə təsir göstərə bilər. Çünki bölgələrdə yerləşdirmə imkanları o qədər də çox deyil və qiymətləri bazar, yəni tələb formalaşdırır. Rayon otellərində qiymət artımı ehtimal olunsa da, Bakıda bunun ciddi təsiri gözlənilmir. Paytaxtda 200-ə yaxın mehmanxana və mehmanxana tipli obyekt var və mövcud yataq fondu xaricdən gələn turistlərin qəbuluna kifayət edəcək. Əlavə olaraq qeyd edim ki, 2016-cı ilin fevralında Körfəz ölkələrinin vətəndaşları üçün hava limanında sadələşdirilmiş viza tətbiq edilmişdi. On ildən sonra isə həmin ölkələr üçün viza tamamilə ləğv olundu, bu ölkələrdə yaşayan və oturma icazəsi olan şəxslər isə Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında 30 dollar ödəniş etməklə vizanı əldə edə biləcəklər" - Cəfər Qarayev bildirib. Qeyd edək ki, bölgələrdə turist tələbi artdıqca otel və kirayə mənzil qiymətləri yüksələ bilər, lakin paytaxtda mövcud yataq fondu buna imkan verməyəcək.Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
99
demokrat.az

1Mənbələr