Cenevrədəki Ukrayna nümayəndə heyəti iki fərqli mövqeyə bölünüblər.
İnterpress.az xəbər verir ki, bu barədə “The Economist” nəşri məlumat yayıb.
Nəşrin verdiyi məlumata görə, Cenevrə danışıqlarında iştirak edən Ukrayna komandası daxilində mümkün sazişin tempi ilə bağlı vahid mövqe yoxdur. Nümayəndə heyəti daxilində iki fərqli yanaşma mövcuddur:
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun rəhbərlik etdiyi qanad ABŞ-nin himayəsi altında sürətli bir razılaşmanın əldə olunmasının tərəfdarıdır. Onlar “imkanlar pəncərəsinin” tezliklə bağlana biləcəyindən ehtiyat edirlər.
Digər qrup isə, nəşrin məlumatına görə, hələ də Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermakovun təsiri altındadır və bu məsələdə tələskənliyə daha ehtiyatlı yanaşır. Ukrayna Prezidenti Volodimir Zelenski isə bu iki tərəf arasında balans yaratmağa çalışır.
Danışıqların digər mürəkkəb mövzusu isə ərazilərdir. Rusiya Ukraynanın Donbasdakı möhkəmləndirilmiş mövqelərindən imtina etməsini tələb edir.
Bu çərçivədə “Amerika kompromisi” — Trampın şərti “Sülh Şurası”nın nəzarəti altında demilitarizasiya olunmuş “azad iqtisadi zona”nın yaradılması müzakirə edilir.
Lakin “The Economist” qeyd edir ki, bu format ABŞ-nin özündə hüquqi problemlərlə qarşılaşa bilər, çünki bu, işğalın faktiki tanınması kimi traktat oluna bilər.
Xuraman Etibarlı
İnterpress.az