AZ

Ukraynadan Putinə CAVAB: “Birgünlük atəşkəs seçki üçün yetərli deyil” – VİDEO

Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük tam sükut lazımdır.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının birinci vitse-spikeri Aleksandr Korniyenko məlumat verib.

Vitse-spiker bildirib ki, ölkədə seçkilərin keçirilməsi üçün əsas şərt 60 günlük tam sükut rejiminin təmin olunmasıdır.

Onun sözlərinə görə, birgünlük atəşkəs seçki prosesi üçün kifayət deyil.

“Putin bir gün deyir. Xeyr, bu, belə işləmir. Seçkilər — seçki prosesinin başlanğıcından səslərin sayılmasına qədər — ‘Şahed’lərin və topların altında deyil, tam sükut şəraitində keçirilməlidir”, – Korniyenko vurğulayıb.

O, seçki prosesinin şəffaflığı və təhlükəsizliyi üçün hərbi əməliyyatların tam dayandırılmasının vacibliyini diqqətə çatdırıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
11
interpress.az

1Mənbələr