
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev və Almaniyanın ətraf mühitin mühafizəsi, iqlimin qorunması, təbiətin mühafizəsi və nüvə təhlükəsizliyi üzrə federal naziri Karsten Şnayder Münxendə iqlim təhlükəsizliyi sahəsində əməkdaşlığı müzakirə ediblər.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev "X" sosial şəbəkəsində məlumat yayıb.
"Tərəflər COP31 ərəfəsində əsas prioritetləri, həmçinin Azərbaycan və Almaniyanın iqlim təhlükəsizliyi sahəsində əməkdaşlığını müzakirə ediblər", - o yazıb.