AZ

Psixoloq olay açıqlama: "Astrologiya elm deyil"

Bir çox insan üçün bürc həyatının ayrılmaz bir hissəsidir.

Hətta elə şəxslər var ki, həyatlarını bürclərin tövsiyələrinə uyğun tənzimləyir və bunu özləri üçün istiqamətverici hesab edirlər. Onlar, hər gün astroloji proqnozlara baxır və ona uyğun hərəkət edirlər. 

Maraqlıdır, insanların bürclərə inanaraq günlərini formalaşdırmasının arxasında hansı amillər dayanır? Ümumiyyətlə, nə üçün astroloji inanclar bir çox insanın gündəlik seçimlərinə təsir edir?

Mövzu ilə bağlı psixoloq Vəfa Əkbər Hit.az-a açıqlama verib. O bildirib ki, bürclərə inanmaq psixoloji pozuntu deyil:

392188

"Sadəcə insan beyni qeyri-müəyyənlikdən çıxmaq üçün hər zaman müəyyən nizam-intizama və ya sistemə ehtiyac duyur. Bunun da bir neçə səbəbi var. Bəzi insanlar hamıya aid edilə biləcək xüsusiyyətlərin məhz onlara xas olduğunu düşünməyə meyllidirlər. Yəni hansısa bürcün xüsusi xüsusiyyətləri varsa, “bu xüsusiyyətlər mənə də aiddir” düşüncəsinə sığınırlar. Onlar, təsdiqlənmə və nəzarət hissinə ehtiyac duyurlar".

Həmsöhbətimizin sözlərinə görə, astrologiya elm deyil: 

"Göy cisimlərinin mövqeyinin insanın xarakterinə və taleyinə heç bir təsiri yoxdur. Bəzən insanlar məsuliyyətdən yayınmaq üçün bunu əsas gətirirlər. Məsələn, "mən coşquluyam, liderəm, əyləncəliyəm, çünki bürcüm belədir" deyərək məsuliyyəti üzərlərindən atırlar. Bütün həyatını bürclər üzərində quran insanlarda zamanla obsessiv (sayrışan davranış) meyllər yarana bilər. Unutmamalıyıq ki, həyatımızın memarı ulduzlar deyil, özümüzük. Astrologiyanın elmi təsdiqi yoxdur".

Günel

Seçilən
15
hit.az

1Mənbələr