AZ

Arvadını döydüyünə görə elektron qolbaqla gəzəcək

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Zaqatala rayonunda 1977-ci il təvəllüdlü Nizami ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Naziləyə (adlar şərtidir – red.) xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, Nizami yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində yaşadığı evdə arvadı Nazilənin sol bud və sol qabırğa nahiyələrinə təpik, sol qol, göz və burun nahiyələrinə isə yumruq zərbələri vurub.Nizaminin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İttihama münasibət bildirən Nizami ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, həmin gün işdən evə gəlib, üstünü dəyişərək yola çıxıb: “Şirə içdim, daha sonra da bir bakal pivə içdim. Elə küçədə də yoldaşımı gözlədim. Yoldaşım gəldikdən sonra birgə evə qayıtdım. Evə qayıtdıqdan sonra qeyd edilən hadisə baş verdi. Hadisə zamanı içkili olmuşam, heç bir səbəb olmadan bu əmələ yol vermişəm. Əməlimdən peşmanam”.Təqsirləndirilən şəxs deyib ki, zərərçəkmiş şəxs onu bağışlayıb: “Hazırda aramızda heç bir narazıçılıq yoxdur. Bir daha spirtli içkilər içməyəcəyimə söz vermişəm”.Zərərçəkmiş Nazilənin sözlərinə görə, son zamanlarda əri Nizaminin qısqanclığı dözülməz vəziyyətdə olub: “Hər kəs məni tanıyır. Ərimin bu qısqanclığı üçün heç bir əsaslı səbəb yoxdur. Mənim vurulmam da qısqanclıq səbəbindən baş verib. Mənə qarşı şiddət göstərildikdən sonra polisə şikayət etmişəm”.Balakən Rayon Məhkəməsinin hökmü ilə Nizami 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin üzərinə cəzaçəkmə müddəti ərzində yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yeri olan evini tərk etməsi qadağan olunub. 

Bundan başqa ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
84
demokrat.az

1Mənbələr