AZ

Azərbaycan BƏƏ ilə karbon emissiyasının azaldılmasında əməkdaşlığı müzakirə edib

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında karbon emissiyalarının azaldılması istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.

Aznews.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"BƏƏ-nin iqlim və ətraf mühit naziri Amna Al Dahakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində uğurlu tərəfdaşlığı vurğuladıq. Dayanıqlı iqtisadi artıma xidmət edən birgə layihələr, səmərəli biznes həllərinin tətbiqi, karbon emissiyalarının azaldılması istiqamətində əməkdaşlıq imkanlarını müzakirə etdik", - deyə o qeyd edib.

Seçilən
4
3
aznews.az

5Mənbələr