Türkiyənin keçmiş Baş naziri, Gələcək Partiyasıının sədri Əhməd Davudoğlu maddi sıxıntılar içində yaşayır.
O, bunu “Now” televiziyasına müsahibəsində deyib.
Ə.Davudoğlu bildirib ki, keçmiş hökumət başçısı kimi xaricdən gələn qonaqları həmin statusa uyğun qarşılamaq məcburiyyəti müəyyən maliyyə yükü yaradır.
O söyləyib ki, həm özü, həm də həyat yoldaşı işləyir. Ə.Davudoğlu əlavə edib ki, beynəlxalq qurumlardan məsləhətçiliklə bağlı ciddi təkliflər alsa da, onları qəbul etməyib:
“Xalqımız bu vəziyyətdəykən mən dolanışıqdan şikayət etmərəm. Mən şirkət məsləhətçisi ola bilmərəm, dövlət ənənəsi bunu tələb edir”, – o vurğulayıb.
Bu açıqlama Ə.Davudoğlunun keçmiş nazirlərin özəl şirkətlərdə məsləhətçi kimi fəaliyyət göstərməsinin dövlət nüfuzuna təsiri barədə fikir bildirməsi fonunda səsləndirilib. O, belə halların qəbuledilməz olduğunu və dövlət ənənələrinin qorunmasının vacibliyini vurğulayıb. Əhməd Davudoğlu bildirib ki, bu səbəbdən beynəlxalq qurumlardan gələn məsləhətçilik təkliflərini rədd edib.
Əhməd Davudoğlu 2009–2014-cü illərdə Türkiyə Xarici İşlər Nazirliyinin başçısı, 2014–2016-cı illərdə isə Türkiyənin baş naziri olub. Hazırda o, Gelecek Partisinin sədri kimi fəaliyyət göstərir və ölkədəki siyasi proseslərə dair açıqlamaları ilə tanınır.**“Yeni Sabah”