AZ

Azrbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək

Bakı. Trend:

Fevralın 17-də İslam Dünyası Təhsil, Elm və MədəniyyətTəşkilatının (ICESCO) Rabat şəhərində yerləşən Baş qərargahındaAzərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev,Suriya Ərəb Respublikasının təhsil naziri Dr. Mohammed AbdulrahmanTurko və ICESCO-nun Baş direktoru Dr. Salim bin Məhəmməd əl-Malikiniştirakı ilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi,Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi və İslam DünyasıTəhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Suriya ƏrəbRespublikasında təhsil infrastrukturunun bərpası üzrə stratejitərəfdaşlıq haqqında Saziş” imzalanıb.

Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən məlumatverilib.

Bildirilir ki, sözügedən Sazişə əsasən, Azərbaycan Respublikasıtərəfindən Suriya Ərəb Respublikasında təhsil infrastrukturununbərpasına dəstək göstərilməsi məqsədilə 10-a yaxın yeni məktəbbinasının tikintisi və 100-ə yaxın zədələnmiş məktəbin əsaslıtəmiri həyata keçiriləcək.

İmzalanma mərasimi zamanı çıxış edən elm və təhsil naziri EminƏmrullayev Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlıqçərçivəsində İslam dünyasında təhsil imkanlarınıngenişləndirilməsinə və təhsil infrastrukturunun inkişafına töhfəverməyə xüsusi önəm verdiyini qeyd edib. Nazir bu xüsusdaAzərbaycan Respublikası Hökumətinin dəstəyi ilə Suriya ƏrəbRespublikasında təhsil infrastrukturunun bərpasına yönəlmiştəşəbbüsün əhəmiyyətini vurğulayıb. Nazir bildirib ki, həyatakeçiriləcək bu təşəbbüs Suriya Ərəb Respublikasında uşaqlar vəgənclər üçün təhlükəsiz, müasir və keyfiyyətli təhsil mühitininyaradılmasına xidmət edəcək.

ICESCO-nun Baş direktoru Dr. Salim bin Məhəmməd əl-Malikçıxışında imzalanmış Sazişin Suriyada təhsil infrastrukturununbərpasına mühüm töhfə verəcəyini, eyni zamanda, İslam dünyasıölkələri arasında əməkdaşlığın və həmrəyliyin daha da güclənməsinəxidmət edəcəyini vurğulayıb.

Seçilən
29
38
az.trend.az

10Mənbələr