AZ

Yeni okean, onun sahilində ayrıca bir qitə yarana bilər

ain.az, Reyting.az portalına istinadən məlumat yayır.

Afrika qitəsinin parçalanma prosesi davam edir. Alimlər bildiriblər ki, Şərqi Afrika rift ərazisindəki yer qabığı tədricən aralanır və belə təbiət prosesi nəticəsində gələcəkdə yeni bir okeanın yarana biləcəyi ehtimalı artır.

Reyting.az xəbər verir ki, alimlərin araşdırmalarına görə, əsas geoloji dəyişikliklərin mərkəzi Efiopiyanın Afar adlı bölgəsidir. Burada ayrılan tektonik plitələr gələcəkdə Qırmızı dənizlə Aden körfəzi sularının yaratdığı çökəkliyi tamamilə doldura bilər.

Müasir elmi araşdırmalar, aparılan çoxsaylı tədqiqatlar göstərir ki, milyonlarla il sonra Şərqi Afrika materikdən ayrılmaqla, okean sahilində ayrıca bir qitəyə çevrilə bilər.

Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
reyting.az

1Mənbələr