"Qarabağ"da bu yolu keçmək karyeramın ən uğuru dönəmidir”.

Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Kamilo Duran UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Nyukasl"la oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.

Hücumçu matçla bağlı fikirlərini bölüşüb:

"Bizi çox ağır oyun gözləyir. “Nyukasl" çox çətin rəqibdir. Doğma azarkeşlərimizin qarşısında çıxış edəcəyik. Bilirik ki, İngiltərə təmsilçiləri çox sürətli və fiziki  cəhətdən güclüdür. Onlara qarşı ilk oyunumuzda bunu hiss etdim.  "Nyukasl" çox çətin rəqibdir. Buna baxmayaraq, biz də onların zəif cəhətlərindən istifadə etməyə çalışacağıq”.

Qeyd edək ki, oyun sabah  Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matç saat  21:45-də start götürəcək.