AZ

Hərbi ekspert: Bakıda çıxarılan ədalətli qərar bəşəri cinayətlərin cəzasız qalmayacağını dünyaya göstərdi

Bakı, 17 fevral, AZƏRTAC

Azərbaycanın ərazi bütövlüyü, suverenliyinin bərpa olunması ilə erməni separatçıların, cinayətkarların tutularaq Bakıya gətirilməsi, onlara əsrin məhkəməsinin qurulması çox böyük tarixi hadisədir. Bu, həm də beynəlxalq ictimaiyyətə bir ismarışdır. Heç bir cinayət cəzasız qalmır, ədalət gec-tez öz yerini tutur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli söyləyib.

Onun sözlərinə görə, Prezident, Ali Baş Komandan İlham Əliyev hər zaman çıxışlarında Azərbaycanın suverenliyinin bərpa olunacağını, dövlətimizə qarşı törədilmiş cinayətlər ən ağır şəkildə cəzalandırılacağını qeyd edib. İndi bu şəxslərin Azərbaycanda ədalət məhkəməsinə çıxarılaq onlara haqq etdikləri cəzaların təyin olunması insanlıq əleyhinə törədilən cinayətlərin mütləq cəzalandırılacağına bir ümid yaradır. “Ermənistana vaxtilə kömək etmək istəyən güclər, indi də məhkəmə prosesini təzyiq vasitəsi kimi istifadə etmək istəyirlər. Halbuki onlar beynəlxalq hüququ, Cenevrə konvensiyasını yazıblar. Həmin ölkələr əslində ədalətin bərqərar olmasını, cinayətkarların cəzalanmasını istəməlidirlər. Amma təəssüf ki, tam əksini görürük”, - deyə o qeyd edib.

Seçilən
40
1
azertag.az

2Mənbələr