AZ

“Qadağa xalq üçün faydalı olacaq” - İqtisadçıdan AÇIQLAMA

Aprelin 1-dən etibarən elektron siqaretlərin idxalı, istehsalı, satışı və hətta satış məqsədilə saxlanılması inzibati məsuliyyət yaradacaq. Yeni dəyişikliklərə əsasən, fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 650 manatdan 2 200 manatadək məbləğdə, hüquqi şəxslər 4 000 manatdan 5 000 manatadək məbləğdə cərimə ediləcək. 

Bəs bu addımın əsas məqsədi nədir və kimlərə necə təsir edəcək?

Mövzu ilə bağlı Ölkə.az-a danışanq iqtisadçı Fuad İbrahimov bildirib ki, bu cərimələrin tətbiqi ilə elektron siqaretlərin idxalı, istehsalı, satışı və hətta satış məqsədilə saxlanması artıq inzibati məsuliyyət daşıyır.

"Bilirsiniz, bunu hazırlayan işçi qrupu mövcuddur. Əgər bu məhsullar insan orqanizmi üçün ziyanlıdırsa və ciddi sağlamlıq problemi yaradırsa, bu, açıqlanmasa da, başa düşüləndir. Belə olduğu halda, qadağan olunması tamamilə əsaslıdır. Ancaq bir şeyi də nəzərə almaq lazımdır: tütün məmulatları və spirtli içkilər də insan orqanizmi üçün təhlükəlidir. Əgər elektron siqaretlərin tərkibində narkotik və ya asılılıq yaradan maddələr varsa, əlbəttə ki, bizim qanunvericiliyə əsasən bu qadağan olunur.

555112

Digər ölkələrdə vəziyyət fərqlidir. Məsələn, ABŞ-nin bəzi ştatlarında marixuana istifadəsinə icazə verilir, Niderlandda isə yalnız müəyyən yerlərdə satılır. Amma bu, o demək deyil ki, bizdə də eyni qaydalar tətbiq olunmalıdır. Bizim qanunvericilik buna imkan vermir.

İndi bu addım əgər tütün bazarını qorumaqdan ötrüdürsə, tütün məmulatlarının satışını, siqaretlərin satışını stimullaşdırmaq məqsədilə hansısa bir inhisarçı addımdırsa, bu da düzgün deyil. Əgər məqsəd insan sağlamlığını qorumaqdırsa, xalqımıza, millətimizə xeyri olsun, ziyanı olmasın".

Həmidə İbrahimova

Seçilən
77
1
olke.az

2Mənbələr