AZ

İdarəetmədən çıxan “Toyota” tanınmaz hala düşdü, yaralılar var VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza fevralın 15-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Toyota” markalı maşın yoldan çıxaraq daş hasara çırpılıb.

Şahidlərin iddiasına əsasən, qəza sürücünün anidən idarəetməni itirməsi səbəbindən baş verib. Hadisə nəticəsində avtomobil sıradan çıxıb, sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, əraziyə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla başlı araşdırma aparılır. 

Nərmin

Oxunub 48

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
avtosfer.az

1Mənbələr