AZ

"Grok" qalmaqalı: Maskın "X"ində araşdırma başladıldı

İrlandiya Məlumatların Mühafizəsi Komissiyası (DPC) amerikalı iş adamı İlon Maskın “xAI” şirkəti tərəfindən hazırlanmış və sosial media platformasına inteqrasiya olunmuş süni intellekt "Grok" çatbotun uyğunsuz görüntülər yaratdığı iddiası ilə “X” platformasına qarşı araşdırma başladıb.

"Cebheinfo.az" xəbər verir ki, DPC-nin yazılı açıqlamasına görə, “X” şirkətinə qarşı Ümumi Məlumatların Qorunması Qaydaları (GDPR) və İrlandiya Məlumatların Mühafizəsi Qanununun şəxsi məlumatların mühafizəsi, texniki xüsusiyyətlər və risklərin azaldılması ilə bağlı bəzi müddəalarının pozulması iddiası ilə istintaq açılıb.

Bildirilib ki, “Grok”un süni intellekt vasitəsilə, o cümlədən uşaqlar da daxil olmaqla istifadəçilərin razılığı olmadan cinsi və şəxsi xarakterli görüntülər yaradıb-yaratmadığı, zərərli məzmun istehsal edib-etmədiyi və şəxsi məlumatlardan istifadə edib-etmədiyi araşdırılacaq.

Qeyd olunub ki, “X” şirkəti dünən bu araşdırma barədə məlumatlandırılıb.

Vurğulanıb ki, şirkətin tətbiqdə hüquqa uyğunluq prinsiplərinə əməl edib-etmədiyi, “dizayn vasitəsilə” və ya “defolt ayarlar” yolu ilə məlumatların qorunmasını təmin edib-etmədiyi, zəruri məlumatların qorunması üzrə təsir qiymətləndirməsini həyata keçirib-keçirmədiyi də araşdırılacaq.

DPC sədrinin müavini Graham Doyle yazılı açıqlamasında bildirib:

“Bir neçə həftə əvvəl mediada “X” istifadəçilərinin “Grok”a sorğular daxil edərək, uşaqlar da daxil olmaqla real insanların görüntülərini cinsi məzmunlu şəkillərə çevirdiyi barədə xəbərlər yayılmağa başladıqdan sonra “X” ilə əlaqə saxladıq. 

Avropa İttifaqı üzrə “X”in baş nəzarət orqanı olan DPC bu məsələlərlə bağlı şirkətin GDPR-ə uyğunluğunu araşdırmaq üçün genişmiqyaslı istintaqa başlayıb”.

Seçilən
72
cebheinfo.az

1Mənbələr