AZ

Skuter sürən uşaqların valideynləri cərimələnəcəklər AÇIQLAMA

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Son illər paytaxt və bölgələrdə elektroskuterlərin sürətlə yayılması şəhərdaxili hərəkətdə rahatlıqla yanaşı, ciddi təhlükəsizlik problemlərini də gündəmə gətirib. Xüsusilə azyaşlıların bu nəqliyyat vasitələrindən nəzarətsiz istifadəsi yol-nəqliyyat hadisələrinin artmasına, insanların həyat və sağlamlığı üçün real risklərin yaranmasına səbəb olur. Məhz bu kontekstdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva elektroskuterlər və digər kiçik elektrik nəqliyyat vasitələrinin istifadəsi zamanı mövcud vəziyyətə münasibət bildirib, bərabərlik hüququnun təmini və təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi ilə bağlı səlahiyyətli dövlət qurumuna müraciət ünvanlayıb. Ombudsman qeyd edib ki, qanunvericilikdə minimum yaş həddi müəyyən olunsa da, onun real icrası təmin edilmir və bu, xüsusən 14 yaşdan kiçik uşaqların həyatı üçün ciddi təhlükə yaradır.Məsələ ilə bağlı tanınmış hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlama verib. O deyib ki, bu məsələnin tənzimlənməsi vacibdir:“Şəhərdə hərəkət edərkən artıq avtomobillərdən daha çox skuterlər təhlükə yaradır. Çünki qəfil insanların üzərinə çıxa bilirlər. Xüsusilə narahatedici məqam odur ki, skuterləri çox vaxt yetkinlik yaşına çatmayan uşaqlar idarə edirlər. Yaş məhdudiyyəti təsadüfi qoyulmayıb. Azyaşlılar etdikləri hərəkətlərin nəticələrini tam dərk edə bilmirlər. Buna görə də qaydalara ciddi nəzarət olunmalıdır. Hadisə zamanı maddi məsuliyyət valideynlərin üzərinə düşsə də, bu, problemin mahiyyətini aradan qaldırmır. Məhz bu səbəbdən dövlət yol polisi bu sahədə daha ciddi və effektiv nəzarət həyata keçirməlidir”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
demokrat.az

1Mənbələr